Milli Məclisdə yeni təyinat

Maliyyə Nazirliyi 321 vəzifəli şəxsi cərimələyib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb
Ətraflı

İsrail vətəndaşının “Bakı sərgüzəştləri”: gömrükdə 35 min dolları əlindən alındı

Belə görünür ki, Azərbaycan Beynəlxalq Bankı işinin “əks-sədası” hələ uzun müddət ölkəmizi qarabaqara izləyəcək, xüsusilə nəzərə alsaq ki, qalmaqalların sırasına getdikcə daha çox xarici dövlət və əcnəbi vətəndaşlar qatılmaqdadır. Son nümunə - İsrail vətəndaşı Aleksandr Qorenşteyn virtualaz.org-un redaksiyasına və Dövlət Gömrük Komitəsinə müraciət edib. Məsələyə artıq İsrail Dövlətinin Azərbaycandakı səfirliyi də qarışıb.
Ətraflı

Fazil Məmmədovun işçilərinin ağlasığmaz dələduzluqlarının panoraması

“Maddi baxımdan çətin vəziyyətdə olduğumuzdan Vergilər Nazirliyində işləyən Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər dövlət orqanlarında yaxşı əlaqələrinin olduğunu, tikinti işlərinin tamamlanması və aidiyyatı orqanlara bütün ödənişlərlə bağlı müvafiq razılaşmaların əldə edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi mövzusunda bizə kömək edə biləcəklərini təklif etmişdilər. Bunun müqabilində bizimlə ortaq olacaqlarını bildirmişdilər. Həmin anda ağır vəziyyətdə olduğumuza görə bu şəxslərin təklifi ilə razılaşdıq”.
Ətraflı