Səlim Müslümovun işçiləri iyuldan sonra saxta pensiya düzəltməyin cətin olduduğunu bildiklərindən hər cür maxinasiyalara baş vururlar
Son aylarda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən kütləvi qanun pozuntuları ilə bağlı məlumatlar almışıq. Politico.az saytına DSMF-dəki mənbənin verdiyi məlumata görə DSMF-nin rayon şöbələrində son 4 ayda kütləvi maxinasiyalar baş verib. Minlərlə əmək pensiyası hüquq olmayan şəxslərə saxta stajlar düzəldilərək pensiya təyin olunub. Bu prosses nəticəsində isə Səlim Müslümovun işçiləri varlanır, büdcə kasıblayır. Daha doğrusu ölkənin sosial təminat büdcəsi talan olunur. Həm də bu talan uzun illəri əhatə edəcək bir talandır.
DSMF-dəki mənbənin Politico.az-a verdiyi məlumata görə iyulun 1-dən əmək pensiyaları haqqında qanunun dəyişməsi ilə bağlı DSMF-nin rayon şöbələrində son 4 ayda kütləvi maxinasiyalar baş verir. Minlərlə əmək pensiyası hüquq olmayan şəxslərə saxta stajlar düzəldilərək pensiya təyin olunur. Ölkə büdcəsinin maliyyə sıxıntısı çəkdiyi bu günlərdə 1 məmurun 3, 4 min pul qazanması müqabilində büdcənin üzərinə 10 illərlə ödənməli olan yük qoyulur.
Məlum qanun dəyişikliyini əllərində əsas tutan Səlim Müslümovun işçiləri iyuldan sonra saxta pensiya düzəltməyin cətin olduduğunu bildiklərindən hər cürə maxinasiyalara baş vururlar. Mənbə qeyd edib ki, Səlim Müslümovun Hesablama Palatasının rəhbərliyi ilə isti münasibəti, bu qurumun da DSMF-dəki maxinasiyaları üzə çıxarmasına imkan vermir.
Mənbə onu da xüsusi olaraq vurğulayıb ki, maxinasiyaların qarşısını almaq üçün pensiya təyinatını təcili dayandırıb, son 1 ildə təyin olunmuş pensiya işlərini başdan başa yoxlamaq lazımdır. Yoxlama Səlim Müslümovun təsir imkanı olmayan qurum tərəfindən aparılsa, ortaya böyük maxinasiyaların faktlı, detallı təfərrüatları üzə çıxacaq.
Qeyd edək ki, Politico.az DSMF-nin bir neçə rayon şöbəsində apardığı dəqiqləşdirmələr nəticəsində verilən məlumatın doğru olduğunu ortaya qoyub. Bundan sonra isə söz əlaqədaer dşvlət təşkilatlarındır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MİlliYol.Az
Digər xəbərlər
loading...