Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.
Ətraflı
Ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Ətraflı
Qərb mediası “Azərbaycan Dəmir Yolları” QSC-nin adı qarışan korrupsiya cinayətini araşdırmaqda davam edir. İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti “Bombardier Transportation” Azərbaycanda dövlətin balansında olan dəmir yolu şirkətində siqnal sisteminin quraşdırılması layihəsində 56.8 milyon dollar paya sahib olub.
Ətraflı
Uzun illərdir ki, mətbuatın gündəmində qalmağı başaran Gəncə Dövlət Universiteti yüksək təhsil səviyyəsi əvəzinə daim rektorları ətrafında qalmaqallarla gündəmə gəlib Ətraflı
KİV-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya- heç bir qanunun aliliyindən və heç kimdən çəkinmədən sahibkarların açıq-açığına soyulmasının davam etdirilməsi, peşəkar baytarlıq işçilərinin qanunsuz kütləvi işdən çıxarılaraq onların yerinə qohumluq və tələbə yoldaşı prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanması, rayonlarda yoluxucu xəstəliklərin, yayılması və digər qanunsuzluqlar barədə dəqiq, təkzib edilməz faktlara söykənən xeyli sayda yazılar dərc olunub. Onu da bildirək ki, cumhuriyyet.az olaraq sözügedən idarə və burda baş verənləri daimi olaraq diqqətdə saxlamışıq Ətraflı
“İndidən sosial mənzillərin qiymətləri barədə danışmaq tələskənlik ola bilər. Onlar tikinti prosesində müəyyən ediləcək. İstənilən halda, onlar bazar qiymətlərindən aşağı olacaq.
Ətraflı
Azərbaycanda əksər məmurların büdcə vəsaitlərini sağa-sola xərcləməsi adi hala çevrilib. Ölkə prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizədə apardığı səylər böyük effekt versə də, hələlik bəzi məmurlar qorxmadan öz əməllərini davam etdirirlər.
Ətraflı
Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov bir neçə ay bundan öncə vəzifəsindən azad olunaraq başqa işə keçirilib. Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin ediblər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik.
Ətraflı
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə yeni epizodlar ortaya çıxıb.
Ətraflı
Beyləqanda tender qalmaqalı davam edir. Vaqif Abdullayev Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənovun öhdəsindən gələ bilmir.
Ətraflı
Qırğızıstanda hökumətin elan etdiyi yol tikintisi tenderinə qatılan Azərbaycan şirkəti ikinci yeri tutduğu halda əvvəl qalib elan edilib, ancaq daha sonra Asiya İnkişaf Bankı və Nəqliyyat Nazirliyi işə qarışıb, nəticəyə yenidən baxılıb.
Ətraflı
"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".
Ətraflı