İlyas Səfərov dövlət büdcəsindən ayrılmış milyonları cibinə axıdır
Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov vəzifəsindən azad olunub və başqa vəzifəyə təyin edilib. Belə ki, o, Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir gətrilib.
İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri vəzifəsini tutan zaman adı bir sıra qalmaqallarda hallanıb, korrupsiyada ittiham olunub. Xüsusən də tender qalmaqallarına adı qarışıb. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaiti mənimsədiyi iddia olunur.
Qeyd edək ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirtməkdir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi, eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır.
Aydın məsələdir ki, bu İlyas Səfərov kimi məmur üçün gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu qədər vəsaitin olduğu sahədə yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir.
Bu məqamda daha bir maraqlı məlumatı diqqətinizə çatdıraq. Mətbuatda yayılan məlumatlara görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib. “Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb” deyə bu barədə yayılan məlumatlarda bildirilir.
Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107" ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”.
İlyas Səfərovla bağlı faktlar bununla yekunlaşmır. Araşdırmalar davam edir. Növbəti yazılarda “Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun əməlləri barədə məlumatları təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...