Beyləqanın "tender kralları" Məhəmməd Həəsnovla Arzu Bəndəliyev çətin vəziyyətlə üzləşiblər
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yarıtmaz fəaliyyətinə dair son günlər bir neçə tənqidi material dərc etmişik. Bu yazılardan sonra rayon ictimaiyyətindən redaksiyamıza ünvanlanan məlumatların ardı-arası kəsilmir.
Bu dəfə də AzToday.az-ın elektron poçtuna göndərilən məlumat Beyləqan Mədəniyyət və Turizm İdarəsi ilə icra başçısı haqqındadır. Saytımıza verilən ilginc məlumata görə Hesablama palatası tərəfindən Beyləqan rayonunda aparılan yoxlamalar nəticəsində külli miqdarada dövlət vəsaitinin mənimsənilməsi faktları ortaya çıxıb. Hesablama Palatasının üzə çıxartdığı mənimsəmə faktında ən maraqlı məqamlardan biri isə bu cinayətdə bir xeyli məmurun iştirak etdiyini və rayon icra başçısı Vaqif Abdullayev özünə onların arasında qurbanlıq axtarışına çıxmasıdır.
Aldığımız məlumata görə, icra başçısının əsas qurbanlarından biri Beyləqan şəhər icra nümayəndəsi Bakir Balakişiyevdir. Ancaq mənimsənilən vəsaitin çoxluğu və korrupsiyanın ifrat dərəcədə olması tək bir nəfərin "qurbanlıq" olması ilə qurtarmır. İnformasiya mənbəmiz qeyd edir ki, palatanın üzə çıxartdığı faktlardan əndişə edən daha iki məmur var.Bu məmurlardan biri Beyləqan rayon Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov, digəri isə Beyləqan rayon Kommunal Təəsrrüfat İstehsalat Birliyinin rəisi Arzu Bəndəliyevdir.Məlumatda vurğulanır ki, hər iki məmura məxsu kiçik müəsissələrin əli ilə dövlət büdcəsindən ayrılan vəsaitlər silinib. Bu silinmə əməliyyatının başında icra başçısı Vaqif Abdullayev dayansada adlarını çəkdiyim məmurlar da bu cinayətin əsas aparıcı fiquru olublar.
Aldığımız məlumatda a baş mühasib Məhəmməd Həsənovla "kamxoz" müdiri Arzu Bəndəliyevin kiçik şirkətləri nə az, nə də çox təxminən 3-5 milyon manat arası vəsaitlərin silinməsində iştirak ediblər. Hesablama Palatasının üzə çıxartdığı mənimsəmə faktlarında da əsas iştirakçı adı çəkilən məmurlara məxsus kiçik müəəsissələrin adları keçir. İcra başçısı Vaqi Abdullayev məsuliyyəti boynundan çəkərək əsas gücün Məhəmməd Həəsnovla Arzu Bəndəliyevin üzərinə atdığı deyilir. Məhz buna görədə hər iki məmur ciddi şəkildə qorxmağa başlayıblar. Saytımıza göndərilən məlumatda vurğulanır ki, 2 gün öncə Arzu Bəndəliyevin, Məhəmməd Həsənovun və digər "qrupun "iclasında baş mühasib icra başçısı Vaqif Abdullayevi söyərək onların başına oyun açdığını dilə gətirib. Hətta onları məsuliyyətə cəlb edəcəkləri təqdirdə bütün izahatlarında Vaqif Abdullayevin adını çəkəcəyini bildirib. Görünür üzun müddətdən bəri Beyləqan rayonunda əsas tender krallığı yapan Məhəmməd Həsənov problemin ciddi olduğunu anlamağa başlayıb. Məhz buna görədə icra başçısını açıq şəkiləd söyməklə bərabər təhdid etməkdən də çəkinmir. Araşdırmamız davam edir...
Mənbə: aztoday.az
Digər xəbərlər
loading...