“Salyanda yerləşən soyuducu zavodunun icraçı direktoru oğlum Nizami Hüseynovdur. Kimsə deyir ki, “soyuducu borca görə fəaliyyət göstərmir”, inanmayın, yalandır. Soyuducu zavodunda heç bir problem yoxdur”. Bunu Modern.az-a açıqlamasında Salyan rayonundan seçilən deputat, general Əliağa Hüseynov deyib. Ətraflı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Ətraflı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsi əhali arasında böyük təşviş yaradıb.
Ətraflı
Nizami rayonunda, “maşın bazarı” kimi tanınan ərazidə baş verən yanğından 3 aya yaxın zaman keçsə də, yeni obyektlərin tikintisi başa çatmayıb. Külli miqdarda zərər görən sahibkarlar isə gözləməkdədir. Onlar səbirsizliklə yeni mağazaların tikilib istifadəyə veriləcəyini gözləyirlər. Xatırlayırsızsa yanğından sonra bazar rəhbərliyi yenidən tikinti aparsa da, Xətai Rayon İcra Hakimiyyəti tikintini qanunsuz sayaraq, uçurmuşdu.
Ətraflı
Maşın bazarında ikinci əl avtomobillərin qiyməti sürətlə bahalaşır. Demək olar ki, son aylarda müxtəlif markalı avtomobillərin qiyməti 1000-1500 manat bahalaşıb.
Ətraflı
Qırğızıstanda hökumətin elan etdiyi yol tikintisi tenderinə qatılan Azərbaycan şirkəti ikinci yeri tutduğu halda əvvəl qalib elan edilib, ancaq daha sonra Asiya İnkişaf Bankı və Nəqliyyat Nazirliyi işə qarışıb, nəticəyə yenidən baxılıb.
Ətraflı
Kolumbiyada təşkil olunan dünya çempionatında bu gecə ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan yığması mundiala tam heyətlə yollana bilməyib.
Ətraflı
Beynəlxalq Bankın sabiq sədri, "İnter"in sahibi və AFFA İcraiyyə Komitəsinin üzvü olmuş Cahangir Hacıyevin məhkəməsi davam edir. Milyardlarla vəsaitin havaya sovrulmasında ittiham olunan keçmiş bankirin məhkəmə prosesində səslənən fikirlər bu məsələnin yenidən gündəmə gəlməsi ilə nəticələnib.
Ətraflı
Ötən ilin oktyabrında vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Cahangir Hacıyevin işi üzrə məhkəmə prosesi davam edir. Ötən proseslərdən birində məlum olub ki, Cahangir Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dönəmdə qızı, Eldar Mahmudovun gəlini olan Aida Mahmudovanın adına bankın “Mərkəz” filialından bir neçə milyonluq kredit götürülüb.
Ətraflı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ətraflı
Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının həbsi ilə bağlı jurnalistlərə açıqlama verib.
Ətraflı
Azərbaycanda ötən il baş verən iki devalvasiyadan sonra dollar kreditlərinin ödənişi ilə bağlı məsələ tez-tez gündəmə gəlir. “Qafqazinfo” xəbər verir ki, müştərilər kreditləri Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun qaytarsalar da, bəzi banklar ödənişi daxili qaydalara əsasən tələb edir.
Ətraflı
Ötən ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun qovulması ilə başlanan “təmizləmə”lər davam edir. Ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyi bir qurum olaraq ləğv olunub, bazasında yeni 2 qurum yaradılıb. Bu gün MTN generallarının, idarə rəislərinin bir çoxu həbsdədir. “Təmizləmə”lər başlanan ilk gündən Eldar Mahmudovun taleyi haqda rəsmi məlumat verilmir.
Ətraflı