Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsi əhali arasında böyük təşviş yaradıb.
Bankın 520 milyon manat əmanəti var idi, bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. 2016-cı ilin yanvar ayından bəri 9 bankın lisenziyası ləğv edildikdən sonra, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib ki, bankların bağlanması proses bitmişdir. Lakin sonradan “Bank Standard” QSC-nin bağlnaması banklarda əmanət saxlayan vətandaşlarda narahatçılıq yaradıb və əmanətlərin götürülməsi prosesi kütləvi şəkildə başlamışdır. Əksər tanınmış ekspertlərin fikrincə ikinci devalvasiyadan sonra əksər bankların maliyyə durumu pisləşib və bankların bağlanması prosesi davam etdiriləcək. Ümumiyətlə bankların sayı 8-9 qədər azalması gözlənir.
Maliyyə Bazarlarına Nəzarət Palatasında olan etibarlı mənbədən aldığımız məlumata görə, hal-hazırda “Express Bank” ASC palatanın ciddi müşahidəsi altındadır və yaxın zamanda həmin bankın lisenziyasının ləğv edilməsi məqsədi ilə palata tərəfindən xüsusi komissiya yaradılacaq və banka müvəqqəti inzibatçıların təyin edilməsi gözlənilir. “Express Bankın” bağlanmasının səbəbi hələ ki aydın deyil. Qeyd edək ki, ölkədə iri nüfuza malik olan “Ador” MMC bankın vəziyyətinin pisləşməsi ilə əlaqədar öz səhmlərini sataraq bankın müşahidə şurasını tərk etmişdir. Bankın səhmələri Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Hacəmməd oğlu tərəfindən alınmaqla, cənab Pirverdiyev rəsmən bankın sahibi oldu. “Express Bank” rəsmən dövlət məmuruna məxsus olan yeganə bankdır. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Qeyd edək Etibar Pirverdiyev kredit borclarına görə bir neçə dəfə “Bandotdelə” çağırılmışdır, hətta barəsində həbs qətimkan tədbirlərinin görülməsi barəsində söz-söhbətlər gəzirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...