Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Papa fitvası və Avropada gedən dini müharibələr - V YAZI

Fransız Petr Valdo (davamçıları valdes adlanırdı) katolik kilsənin nümayəndələrinin dəbdəbəli həyat tərzinə qarşı çıxanda və “İncil”ə əsasən əməlisaleh işlərin həyata keçirilməsini təbliğ edəndə, elə zənn etmişdi ki, pontifik bu işdə ona yardımçı olacaq. Lakin xeyirxah əməlin əvəzinə o, küfrdə təqsirləndirilərək 1184-cü ildə həbs edilmiş və ən ağır işgəncələrə məruz qalmışdı. Onun davamçıları olan valdeslərə hər yerdə divan tutulmuşdu. Yalnız 1211-ci ildə Strasburq şəhərində onlardan 80 nəfəri tonqalda yandırılmışdı.
Ətraflı

Pontifiklərin cinayəti sayılan səlb yürüşləri - II YAZI

Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir. Lakin onların bir çoxlarının tarixdəki fəaliyyəti fitnə-fəsadlara yol açır və əksər hallarda qanlı münaqişə ocaqlarının yaranmasında şeytan funksiyasını yerinə yetirirdilər.
Ətraflı

Katolik papaların törətdikləri soyqırımlar - I YAZI

Müharibə başlayanda din xadimləri öz nüfuzlarından istifadə edərək, baş verən faciənin qarşısını almağa çalışırdılar. Lakin sonrakı hadisələr göstərir ki, diktatorların hakimiyyətə gəlməsinə, böyük müharibələrin başlanmasına, faciələrin yaranmasına və milyaonlarla adamın kütləvi şəkildə məhv edilməsində elə din xadimləri, xüsusən də Müqəddəs Pyotrın taxtında əyləşmiş papalar rəvac vermişdilər. Allahın bəxş etdiyi həyatı qaniçən papalar sərsəm siyasətləri ilə yox etmişdilər. Sülhə son qoymaq, qan axıtmaq onların əsas tezisi sayılırdı. Pontifiklər özlərinin törətdikləri cinayətləri başqa millətin boynuna qoyur və ədalətli olmadığını bütün sivil dünyaya sübut edirlər.
Ətraflı

Binəqədidə yanan bina ilə bağlı şok iddia: ölənlərin sayı gizlədilir?

2015-ci ilin may ayının 19-da Binəqədi rayonunun ərazisində baş verən dəhşətli yanğından 1 ildən çox vaxt ötüb. Lakin baş verən hadisə ilə bağlı səsləndirilən iddialara hər gün biri əlavə olunur. Əvvəlcə onu qeyd edək ki, rəsmi rəqəmlərdə 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələndiyi deyilən hadisəyə görə həbs olunanların cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Ətraflı