Girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətindədir.
Bu barədə Savash. org-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Onun sözlərinə görə, dövlət başçısı bu işi bütün danışıqlarda ortaya qoyur:
"Həmsədr dövlətlərin rəhbərlərindən eyni zamanda həmsədr dövlətləri təmsil edən nümayəndələrdən günahsız insanlarımızın ermənilərin əlından alınmasını tələb edir. Ancaq nəticəsi yoxdur. Məsələ ölkə başçısından aşağı səviyyələrdə -Xarici İşlər Nazirliyi, Qaçqınkom və Milli Məclis- dəfələrlə müzakirə olunub. Hamı tələb edir ki, günahsız insanlar azad olunmalıdır. Azərbaycan məlum işi BMT dən başlamış, ATƏT, Avropa Şurası, Avropa Birliyi, insan haqları ilə məşğul olan qurumlar qarşısında ən kəskin formada qaldır. Təssüflər olsun ki, nəticəsi yoxdur. Bəlkədə bədbəxtçiliyimi müsəlman olmağımızdır. Bütün xristan birliyi üstümüzə düşüb. Fikir verin, o girovlarımızdan biri Rusiya vətəndaşıdır. Dünyanın harasında olursa, olsun, Rusiya öz vətəndaşının qayğısına qalır. Amma bizim Rusiya vətəndaşı olan azərbaycanlımıza sahib çıxmır. İndi o, müsəlman deyil, xristan olsaydı, Moskva məsələni belə qoymazdı".
Parlamentari diqətə çatdırıb ki, Qafqaz Müsəlmanlarə İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə də girovların məslə ilə məşğul olur: " Bununla bağlı erməni keşişinə müraciət edib. Nəticəsi yoxdur".
E.Məmmədov girovlarımızın azad olunmasına dair təklif də verib: "Bircə çıxış yolumuz var. Biz o insanları ermənilərin əlindən almaq üçün ermənilər üçün "dəyərli" olan 5-6 nəfəri tutub Azərbaycana gətirməliyik. Onları həbsxanalara salıb, ağır işgəncələr verməliyik. Onlar da dil açıb beynəlxalq təşkilatlara yalvarmalıdırlar. Bunun müqabilində dəyişdirilmələr aparmalıyıq. Yeganə çıxış yolumuz budur".
Qeyd edək ki, Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə içacıdan məktub göndərib. Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var:" Atamın ayaqları tutulub, başında, belində, ürəyində ağrılar var, hərəkət edə bilmir. Ona ağrıkəsici dərman verilmir.
MilliYol.az
Digər xəbərlər
loading...