Paralel dövlətçilər YAP-dan istifadə edərək parlamentdə möhkəmlənirlər
YAP-ın qaranlıq namizədinin üzərinə ay işığı düşür; Ceyhun Osmanov-Elnur Aslanov cütlüyündən itirdikləri mövqelərini geri qaytarmaq üçün revanş cəhdi; Fətullahçı YAP-çının qarşısında bağlı qapılar necə acılır...
Fətullaçılar Azərbaycan parlamentində itirdikləri mövqelərini yenidən bərpa edirlər və bu cəhdlərinin bir addımlığındadırlar. Bu barədə anaxeber.az saytının apardığı araşdırmalara görə Sabirabadda keçmiş Fətullaçı deputat və Fətulla Gülən camaatının Azərbaycandakı paralel dövlət təməlinin “baş”larından biri olan Ceyhun Osmanovun yerinə 63 Saylı Sabirabad birinci Seçki Dairəsindən fətullahçı digər üzvü Elçin Quliyevin uğur qazanması paralel dövlət qruplaşması parlamentdə daha da möhkəmlənməyə sövq edib.
Hər halda fətullaçı-nurçu qruplaşmanın hakim Yeni Azərbaycan Partiyasının adından istifadə edərək Millli Məclisə daha bir paralelçini oturtmağa hazırlaşırlar və demək olar ki, Ceyhun Osmanov-Elnur Aslanov cütlüyü məqsədlərinin bir addımlığındadırlar.
Elnur Aslanov
Onu da qeyd edək ki, hazırda parlamentdə paralelçilərin 4 deputatı oturmaqdadır və bu hələ onların bilinən sayıdır. Çox böyük ehtimalla paralelçilərin Milli Məclisdə sayı bilindiyndən çoxdur, çünki istər Türkiyədəki, istərsə də Azərbaycandakı təcrübə göstərir ki, onlar böyük ustalıqla maskalanmağı bacarır və lazım olan vaxtı ortaya çıxıb Pensilvaniyadan gələn əmri sözsüz yerinə yetirirlər. Bu baxımdan Fətullah Gülənə bağlı olan gizli qruplaşmaları İŞİD terror qruplaşmasından elə də fərqlənmir. Əgər İŞİD öz gizli üzvləri vasitəsi ilə müxtəlif yerlərdə terror həyata keçirib günahsız insanların qşanını axıdırsa, Fətullah Gülənə bağlı olan gizli qruplaşmalar gizlicə dövlətin içinə sızıb dövləti ələ keçirir və dövləti istədikləri istiqamətə yönlədirirlər. Bu baxımdan teoretik olaraq Fətullah Gülənə bağlı olan gizli qruplaşmalar İŞİD-dən daha qorxunc və daha təhlükəlidirlər. Çünki fətullaçıların son məqsədi dövlətləri öz iradələrinə təslim edərək dövləti terror təşkilatına çevirməkdir.
Ceyhun Osmanov
Xatırladaq ki, bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev fətullaçıların məqsədini və onlardan gələn təhlükəni hiss edərək Fətullah Gülənin Azərbaycan dövlətinin içindəki əsas başı olan Elnur Aslanovu və Ceyhun Osmanovu dövlət aparatından uzaqlaşdırdı. Elə həmin zaman da Azərbaycanda Gülən məktəbləri qapadıldı və bu məktəblərin idarəsi dəyişdirildi. O zaman Azərbaycanda böyük sensasiya olaraq dəyərlənldirilən həmin hadisə zamanı doğurdan Azərbaycan prezidenti dövlətin təhlükəsizliyi baxımından ciddi addımlar atdı və faktiki olaraq təhlükəni önlədi. Lakin bundan sonra Fətullah Gülənə bağlı olan gizli qruplaşmalar bir müddət sonra yenidən toparlandılar və 2015ci il parlament seçkilərində yenidən meydana çıxdılar. Çox təəssüflə qeyd etməliyik ki, bu zaman fətullahçılar hakim partiya olan YAP-dan yararlandılar və məhz hakim partiyanın siyahısı onların bilinən bir neçə üzvü Milli Məclisdə mandata sahib oldu. Onlardan ən tanınanı isə Sabirabadda Ceyhun Osmanovun yerini tutan Elçin Quliyev oldu.
Elçin Quliyev və Cavid Osmanov
Hazırda isə məhz Ceyhun Osmanovun və Elçin Quliyevin kadrlarından biri olan Cavid Osmanov Milli Məclisdə Cingiz Əsədullayevin boş qalan yerini tutmaq üçün hakim partiyanın namizədidir və demək olar ki, fətullahçılar daha bir gizli üzvlərini Milli Məclisdə oturtmağın bir addımlığındadır. Qeyd edək ki, bu günə qədər Cavid Osmanovu heç kim tanımırdı və o birdən birə 90 saylı Ağdaş Seçki Dairəsindən hakim partiyanın namizədi olaraq irəli sürülməsi doğurdan ciddi məsələlərdən xəbər verməkdədir. Yəni bu faktiki olaraq paralel dövlətçilərin YAP-ın resurlarından yararlanaraq Azərbaycanda dövlətin açar qurmlarında yerləşməsindən xəbər verir və bütünzallarda YAP-ın paralel dövlətçilərin əlində alətə çevrilməsi ancaq böyük təəssüf doğğurur. Faktiki olaraq bəzi YAP-çılar nə etdiklərini belə anlamadan prezidentin iki il əvvəl zamanıda önləyə bildiyi təhlükəni yenidən böyüdür və dolayısı həm prezident üçün, həm də dövlət üçün yeni təhlükə mənbəyi yaradırlar.
Araşdırmalarımıza görə elə YAP-ın Ağdaş təşkilatının veteranları da bu durumdan ciddi şəkildə narahatdırlar. Onlar bir zamanlar qurduqları partiya tərəyindən Cavid Osmanovun namizəd olarq irli sürülməsini qəti olaraq dəstəkləmirlər və narazılıqlarını da gizlətmirlər. Lakin müşahidələrə görə YAP-ın mərkəzi apraratında Cavid Osmanovu dəstəkləyənlər onları susdurur və çalışırlar ki, paralel dövlətin təmsilçisi olan Cavid Osmanovun Milli Məclisə mandat almasını bütün vasitələrlə həyata keçirsinlər. Belə görünür ki, fətullahçılar YAP-ın mərkəzi aparatında da ciddi şəkildə zamanında yerləşə biliblər və təbii ki, indi onlara gələn əmrlərə görə davranırlar.
Ağdaşdan əldə etdiymiz məlumata görə 90 saylı Ağdaş Seçki Dairəsindən digər namizəd İqbal Ağazadəyə qarşı həyata keçirilən “aksiya”nın tapşırığı məhz YAP-ın mərkəzi qərargahından gəlib. Lakin polisin işə müdaxilə etməsi və “aksiya”nı dağıtması fətullahçı-yapçıların planını pozub.
Xatırladaq ki, mətbuatın yazdığına görə Cavid Osmanovun istər hərbi biletinin, istərsə də diplomunun saxta olması ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlar isə Cavid Osmanov tərəfindən bu günə qədər təkzib olunmayıb. Əgər doğurdanda Cavid Osmanov azacıq səmimidirsə o zaman həm hərbi biletini, həm də diplomunu mətbuata təqdim edə bilər və bu zaman iddaların nə qədər doğru və yaxud yalan olması ortaya çıxacaq.
Ceyhun Osmanov-Elçin Quliyev-Cavid Osmanov üçbucağı barədə daha ətralı məlumatla növbəti yazımızda tanış olacaqsız.
MilliYol.Az
Digər xəbərlər
loading...