Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən virtualaz.org “Gəncə terrorçuları”nın kriminal mühitlə sıx əlaqələri barədə yazmışdı Ətraflı
“Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir. Bu məsələni dini müstəviyə gətirmək yolverilməzdir. İstər sünnilik, istər şiəlik olsun, dəxli yoxdur, dini müstəviyə gətirmək zərərlidir. Bu hadisə olmamalı idi” Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bəyan edib ki, Gəncədəki hadisələrin arxasında xarici güclər durur Ətraflı
“Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Bu gün ölkəmiz ali tribunalardan sözünü deməyi bacaran, mövqeyini qoruyan qüdrətli müstəqil dövlətdir”
Ətraflı
Bu gün Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər Ətraflı
“Gəncədə baş verən hadisələr birmənalı olaraq Azərbaycana qarşı həyata keçirilən təxribat planlarının tərkib hissəsidir. Hüquq-mühafizə orqanlarının ortaya çıxardığı faktlar, hadisələrin özünün inkişaf gedişatı onu deməyə əsas verir ki, bu plan Azərbaycana qarşı çoxdan hazırlanıb”
Ətraflı
“Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır” Ətraflı
“Mən Gəncədə baş verən qeyri-qanuni hərəkətləri, hüquq-mühafizə orqanları əməkdaşlarının öldürülməsini birmənalı şəkildə pisləyir və düşünürəm ki, bu, dəhşətli faciə və cinayətdir. Bu, həm dövlətə, həm də dini-mənəvi dəyərlərimizə qarşı təxribatdır” Ətraflı
“Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi altında məkrli qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı qəsdidir” Ətraflı
“Gəncədə baş verən hadisə səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizə xəyanət, satqınlıqdır. Azərbaycan demokratik ölkədir və burada heç kəsə etiraz etmək,ə öz fikrini sərbəst şəkildə ifadə etməyə qadağa qoyulmayıb. Amma bu dinc aksiya deyildi” Ətraflı
“Gəncədə öz vəzifəsinin icrasını həyata keçirən polislər cinayətkarlar tərəfindən qətlə yetirildi. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd cəhdində olduğu kimi bu dəfə də cinayətkarları “qəhrəman” kimi təqdim etməyə çalışanlar var”
Ətraflı
“Gəncə şəhərində baş verən hadisələr, yüksək rütbəli iki polis zabitinin şəhid olması Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş böyük təxribatdır. Bu hadisələrin günahkarları ən ağır formada cəzalandırılmalıdır”
Ətraflı