“Gəncədə baş verən hadisə səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizə xəyanət, satqınlıqdır. Azərbaycan demokratik ölkədir və burada heç kəsə etiraz etmək,ə öz fikrini sərbəst şəkildə ifadə etməyə qadağa qoyulmayıb. Amma bu dinc aksiya deyildi”
“Söhbət qanunsuz aksiya çərçivəsində Azərbaycana nifrət edən qüvvələrin dəstəyi ilə qətl və dağıntılara çağırış edən, polislərin ölümünə səbəb olan silahlı hücumdan gedir. Ona görə də günahkarlar ən ağır cəzaya layiqdirlər” .
Bu sözləri Teleqraf.com-a açıqlamasında polis polkovnik-leytenantı, “Ağ canavar” ləqəbli kikboksçu Eduard Məmmədov ötən gün Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu tip hadisələr hər dəfə Azərbaycanın həyata keçirdiyi möhtəşəm nəqliyyat və enerji layihələrindən sonra baş verir: “Bakı-Tiflis-Ceyhan” boru kəmərinin açılışı və “Əsrin müqaviləsi” imzalanan vaxt da bu cür hadisələr olmuşdu. İndi TANAP layihəsinin işə düşməsindən sonra isə bu hadisə baş verdi. Amma heç bir xarici qüvvə Azərbaycanda stabilliyi poza bilməz. Azərbaycan - güclü, suveren, dünyəvi, demokratik dövlətdir. Bu situasiyada vətəndaşlarımız ölkədə stabilliyi pozmağa çalışan qüvvələrə qarşı mübarizədə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirlər”.
Digər xəbərlər
loading...