Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən virtualaz.org “Gəncə terrorçuları”nın kriminal mühitlə sıx əlaqələri barədə yazmışdı
Daha öncə xəbər verildiyi kimi, Rəşad Böyükkişiyev Azərbaycanda anasını qətlə yetirdiyi üçün məhbəs həyatı yaşayıb, 2016-cı ildə isə Rusiya ərazisində daha bir cinayət əməli törədərək həbs olunub və həmin ölkədə həbsxanada saxlanılıb. O ki qaldı Fərrux Həsənova, onun qardaşı hazırda xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinərək 6 saylı islah düşərgəsində həbsdədir.
Həmçinin öz oxucularımız Mahir Bayalıyevin şəxsiyyəti ilə bağlı məlumatlandırmışıq. M.Bayalıyev “Gəncə qiyamı”nın fəal üzvlərindən biri olmaqla, polis əməkdaşlarının qətlinə çağırışlar edib. İğtişaşlardan dərhal sonra M.Bayalıyev keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib və saxlanılıb.
gizli quldur cameəsinin üzvləri
Virtualaz.org-un hüquq-mühafizə orqanlarından əldə etdiyi son məlumatlar Gəncədəki gizli quldur cameəsinin liderlərinin sosial təhlükəliliyi barədə yaranmış təsəvvürləri daha da möhkəmləndirir. Fərrux Həsənovun qardaşı – Ramin Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə azadlıqdan məhrum edilib. Özü də bu onun ikinci məhkumluğudur. Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, Fərrux Həsənovun atası və qaynatası da daha öncə məhkumluq həyatı yaşayıbılar.
O ki qaldı bu gün silahlı müqavimət göstərdiyi zaman zərərsizləşdirilmiş Gəncə gizli quldur cameəsinin ikinci fiqurantı Rəşad Böyükkişiyevə, hüquq-mühafizə orqanlarının məlumatlarına görə, o, uzun müddət cinayətin törədilməsinə hazırlaşıb. Qiyama hələ bir il qalmış R.Böyükkişiyev ailəsini Gürcüstana köçürüb. Bəzi qohumlarını isə Rusiyaya çıxarıb. R.Böyükkişiyevin ən yaxın qohumları Azərbaycanı silahlı çıxışa sayılı günlıər qalmış tərk ediblər.
Digər xəbərlər
loading...