Zərdabda 56 yaşlı qadını ilan sancıb

Zərdab sakinini ilan sancıb

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Çallı kəndində qeydə alınıb.
 
Çallı kənd sakini, 1962-ci il təvəllüdlü Zenfira Ağamirzə qızı Osmanovanı su kanalının yaxınlığında ilan sancıb. Zərdab Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılan qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Zərdabda 56 yaşlı qadını ilan sancıb - Milliyol.az