Satınalma müsabiqələrində fəal iştirak edən və adətən iri məbləğli tenderlərin qalibi seçilən “SPC” QSC etibarsız təchizatçılar siyahısına salınıb.
Qaynarinfo xəbər verir ki, şirkət qiymət sövdələşməsinə getdiyi üçün “qara siyahı”ya düşüb.
Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Agentliynin qərarı ilə “SPC” QSC 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməyəcək.
“SPC” QSC 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Bulvar küçəsi 61A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Bədəlov Anar Məmməd oğludur.
Dövlət satınalmaları üzərində apardığımı araşdırmaya əsasən “SPC” QSC 2024-cü ilin avqust ayından 2025-ci ilin sentyabr ayınadək 10 satınalma müsabiqəsinin qalibi seçilib. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 817 404,85 manat təşkil edir.






























