Əfqan Sadıqov həbs edildi

10 manatlıq görüntü Bilal Əliyevi hədəfə gətirdi - Xalq artistindən reaksiya

“Burada nə var axı? Sənətkara 10 manat da verərlər, 100 manat da”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Bilal Əliyev məclislərin birində cibinə 10 manat qoyulması ilə bağlı sosial şəbəkələrdə yayılan və tənqid olunan videodan danışarkən deyib.

Xalq artisti onun sənətinə böyük hörmət bəsləndiyini bildirib:

“Videoda 10 manat görünür, bəs o tərəfdə verilən pullar? Onlar görünmür... Sənətkar pulsuz da oxuya bilər. Məsələn, bir fakt deyəcəyəm. Məclisdə üç nəfərlə oturmuşam. Onlardan biri mənə 1000 manat verir, o biri isə kasıb adamdır, pulu yoxdur, amma sənətimə hörməti var. Çıxarıb cibimə 10 manat qoyur. Geri qaytarmalıyam? Onların hər ikisi mənim millətimdir. Kim nə istəyir paylaşsın, insanlar belədir. Yüksək məbləğ alsaydım, onu da paylaşıb yazacaqdılar”.

Qeyd edək ki, Xalq artisti Bilal Əliyev sosial şəbəkələrdə tənqid olunub. Buna səbəb məclislərin birində qonaqlardan birinin onun cibinə qoyduğu 10 manatlıq əskinası götürməsi ilə bağlı görüntülərin yayılması olub.

İzləyicilər Bilal Əliyevi 10 manata qafiyə tutan meyxanaçılara bənzədiblər.