Yunanlar Almaniya konsulluğunu ələ keçirdi


Yunanıstanı Qrit adasının Kandiye şəhərində bir qrup anarxist Almaniya konsulluğunu ələ keçirib

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, anarxistlər bununla Afrində aparılan hərbi əməliyyatlara etiraz etdiyini nümayiş etdiriblər.

Məlumata görə, konsulluq üzərindəki Almaniya bayrağı endirilib və konsulluq binasının eyvanından asılan pankartda Afrin əhalisinə dəstək nümayiş edilib.

O da deyilir ki, konsulluğa hücum edən şəxslər binadakı əşyalara ciddi zərər vurub.
Yunanlar Almaniya konsulluğunu ələ keçirdi - Milliyol.az