YPG terrorçuları Türkiyə hərbçilərini atəşə tutdu

PKK ilə əlaqəli YPG (Suriya kürdlərinin terrorçu qruplaşması) terrorçuları Türkiyə ordusunun Kilis əyalətindəki sərhəd postunu atəşə tutublar, nəticədə bir hərbçi yaralanıb

APA-nın verdiyi xəbərə görə, atəş YPG terrorçularının nəzarətində olan Suriyanın Türkiyə ilə həmsərhəd Afrin şəhəri istiqamətindən açılıb. Türkiyə ordusunun cavab atəşi açdığı bildirilir.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. 

Qeyd edək ki, ötən gün Türkiyə Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasını Afrin şəhərinədək genişləndirməyə çağırıb. 
YPG terrorçuları Türkiyə hərbçilərini atəşə tutdu - Milliyol.az