Əfqan Sadıqov həbs edildi

Yaponiyada güclü qasırğa baş verib:ölən və yaralananlar var


Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, havalimanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.

MilliYol.Az
Yaponiyada güclü qasırğa baş verib:ölən və yaralananlar var - Milliyol.az