İŞİD katolik dünyasının lideri Papa Fransiski Milad və Yeni il ərəfəsində Vatikanda öldürəcəyini açıqlayıb.
MilliYol.Az xarici KİV-ə istinadən xəbər verir ki, papaya qarşı təhdid mesajı İŞİD-in rəsmi saytında yayımlanıb.
"Telegram" sözügedən xəbəri İŞİD-in saytına istinadən paylaşıb. Hədələyici informasiyanın yayılmasının ardından Vatikanda təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib.
Papanın çıxış etdiyi günlərdə İtaliyanın xüsusi xidmət orqanlarının da Müqəddəs Pyotr meydanında mühafizə tədbirlərini gücləndirdiyi qeyd edilib.
MilliYol.Az



































