Əfqan Sadıqov həbs edildi

Ukraynada türk əsgərlərinə aid məzarlıq tapıldı


140 il sonra Ukraynanın Vinitsa şəhərində türk əsgərlərinə aid məzarlıq tapılıb

Lent.az Haber7-yə istinadən bildirir ki, 49 əsgərin dəfn edildiyi məzarlığın 1877-78-ci illər rus-Osmanlı müharibəsi dövrünə aid olduğu ehtimal edilir. Hətta məzarlıqda burada uyuyan türk əsgərlərinin xatirəsinə kiçikölçülü abidənin qoyulduğu da vurğulanır. Abidənin həmin dövrün şəhər başçısı tərəfindən onların qəhrəmanlığının şərəfinə qoyulduğu deyilir.

Araşdırmaçıların sözlərinə görə, tarixdə 49 türk əsgərinin rus ordusuna əsir düşməsi və burada ölmələri ilə bağlı məlumatlar var. Tarixçilər məzarlığın məhz həmin türk əsgərlərinə aid olduğunu iddia edirlər.
Ukraynada türk əsgərlərinə aid məzarlıq tapıldı - Milliyol.az