Əfqan Sadıqov həbs edildi

Ukraynada 18 mindən çox adam vətəndaşlıqdan çıxarılıb


Ukraynada 2014-cü ildən bəri 18 min 676 nəfər ölkə vətəndaşlığından çıxarılıb

Novator.az xəbər verir ki, vətəndaşlıqdan çıxarılma qərarları prezident Pyotr Poroşenkonun imzası ilə rəsmiləşib.

2014-cü ildə 4 min 640 nəfərin, 2015-ci ildə 5 min 818 nəfərin, 2016-ci ildə 7 min 347 nəfərin vətəndaşlığı ləğv edilib. 2017-ci ilin yanvar-aprel aylarında vətəndaşlıqdan çıxarılanların sayı 871 nəfər olub.

Vətəndaşlıqdan çıxarılanların 15 min 603 nəfəri öz ərizəsinə əsasən, 2 min 901 nəfəri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslarla, 172 nəfər isə Ukrayna vətəndaşlığını itirdiyinə görə bu hüquqdan məhrum edilib.

Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-dən səlahiyyətlərinin icrasına başlayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ukraynada 18 mindən çox adam vətəndaşlıqdan çıxarılıb - Milliyol.az