Ukrayna: “Bu silahlar Donbasa sülh gətirəcək”


“ABŞ-ın Ukraynaya silah tədarükü qərarı sülhün əldə olunması baxımından doğru qərardır”

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy paylaşıb.

“Ukrayna müdafiə silahlarının əldə olunması haqqına sahibdir. ABŞ-ın qərarı sülhün əldə olunması üçün doğru qərar idi. Zəiflik aqressoru aktivləşdirir. Güc onun qarşısını alır və sülhə məcbur edir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Ukraynaya 210 raket və 35 “Javelin” kompleksi verib.
Ukrayna: “Bu silahlar Donbasa sülh gətirəcək” - Milliyol.az