Əfqan Sadıqov həbs edildi

Ucarda canavarlar kəndə hücum etdi


Ucar rayonunda canavarlar kəndə hücum edib

APA-nın xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.

Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun  həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında  canavarlar hücum edib. Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxın qoyunu isə yaralayıb.

Ucar Rayon Baytarlıq İdarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.

Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər.
Ucarda canavarlar kəndə hücum etdi - Milliyol.az