Əfqan Sadıqov həbs edildi

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdıb


Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Türkiyə buna etiraz olaraq ABŞ-dakı səfiri Serdar Kılıc məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.

Xatırladaq ki, bu il iyunun 4-də Vaşinqtonda ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşamsına dair danışıqlar olacaq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdıb - Milliyol.az