Əfqan Sadıqov həbs edildi

Türkiyədə qanlı terrorun qarşısı alındı


İstanbulda hüquq mühafizə orqanları tərəfindən İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyat keçirilib

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, şəhərin 3 bölgəsində eyni vaxtda keçirilən əməliyyatlarda beş nəfər həbs edilib. 

Araşdırma zamanı məlum olub ki, həbs edilən şəxslər aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terror aktları törətməyi planlaşdırıblar. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Bundan başqa Mersin Vilayətində də İŞİD-in 12 üzvü tutulub. Onlar da aprelin 16-da ölkədə terror törətmək niyyətində olublar. İŞİD-çilərindən üzərindən qadağan olunmuş ədəbiyyat və silah-sursat aşkar edilərək götürülüb.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Türkiyədə qanlı terrorun qarşısı alındı - Milliyol.az