Türkiyədə irimiqyaslı əməliyyat: 90 terrorçu məhv edildi


Türkiyədə PKK qruplaşmasına qarşı aparılan irimiqyaslı anti-terror əməliyyatı çərçivəsində martın 24-dən 30-a kimi 90 yaraqlı zərərsizləşdirilib

Türkiyə KİV-i xəbər verir ki, bu barədə şənbə günü Türkiyə DİN-i məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Türkiyənin şərq bölgəsində – Mardin, Bitlis və Bingöl vilayətlərində aparılıb.

“Türkiyə hüdudlarında və İraqın şimalında terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar davam etdiriləcək”, – deyə Türkiyə DİN-in bəyanatında qeyd olunur.
Türkiyədə irimiqyaslı əməliyyat: 90 terrorçu məhv edildi - Milliyol.az