Türkiyədə həbsdəki kürd siyasətçiyə bəraət verildi

Türkiyədə müxalifətdə olan Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş barəsində məhkəmə bəraət hökmü verib

Lent.az odatv-yə istinadən xəbər verir ki, 7 iyun 2015-ci il tarixindəki Sancaqtəpədəki seçkiöncəsi mitinqdə etdiyi çıxışa görə həbs edilən kürd əsilli siyasətçinin günahsız olması sübuta yetirilib.
 
Qeyd edək ki, ittiham aktında S.Demirtaş xalqı düşmənçiliyə təhrik etməkdə günahlandırılırdı.
Türkiyədə həbsdəki kürd siyasətçiyə bəraət verildi - Milliyol.az