Əfqan Sadıqov həbs edildi

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib



Türkiyədə bu gün fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da  qüvvədən düşüb.  Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. “Təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın vurğulayıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib - Milliyol.az