Türkiyədə avtobus qəzası: 15 yaralı


Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 15 nəfər yaralanıb

Trend-in türk mediasında istinadən verdiyi məlumata əsasən, bütün yaralılar xəstəxanalara yerləşdirilib.

Onların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Türkiyədə avtobus qəzası: 15 yaralı - Milliyol.az