Əfqan Sadıqov həbs edildi

Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub

Türkiyənin Konya şəhərində 40 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib

“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, hadisə Konya-Ankara avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb. 

Məlumata görə, Konya-Ankara avtomobil yolunun Aksaray körpüsü qovşağı yaxınlığında meydana gələn qəza zamanı 1 şəhərlərarası sərnişin avtobusu, 1 bələdiyyə avtobusu, 5-i fəhlələri daşıyan olmaqla, 7 avtobus, fəhlələri daşıyan 8 mikroavtobus, 1 TIR, 3 böyük yük avtomobili və müxtəlif markalı daha 20 maşın toqquşub. 

Qəza nəticəsində 9 nəfər yaralanıb.

İnformasiyaya əsasən, güclü duman və yolun buz bağlaması qəzaya səbəb olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub - Milliyol.az