Əfqan Sadıqov həbs edildi

Türkiyədə 11 İŞİD-çi saxlanıldı, 1-i azərbaycanlıdır

Türkiyənin Yalova Təhlükəsizlik İdarəsinin Terrorla Mücadilə Mərkəzinin İŞİD üzvlərinə qarşı keçirdiyi əməliyyatda saxlanılanlardan biri azərbaycanlıdır

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə İŞİD terror təşkilatı üzvləri və onlara yardım edənlərlə bağlı keçirilən əməliyyat nəticəsində saxlanılanların 9 nəfəri Türkiyə vətəndaşı, 1-i azərbaycanlı, 1-i isə misirlidir.

Təhlükəsizlik İdarəsinin rəsmi açıqlamasında qeyd olunur ki, bu şəxslər Yalovada bəzi ünvanlarda ibadət mərkəzi adı ilə mərkzlər açıblar və orada terror təşkilatları ilə əlaqəli olan şəxslərlə görüşlər keçiriblər.

Virtualaz.org

*   *   *10:39

Türkiyədə - Yalova Polis İdarəsinin terrorla mübarizə əməkdaşları İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı 11 nəfər həbs edilib.

Onlardan doqquzu Türkiyə, biri Azərbaycan və biri Misir vətəndaşıdır.

Saxlanılan şəxslər İŞİD terror təşkilatına yardım etməkdə ittiham olunur.

Həmin şəxslərin qaldığı evə baxış zamanı İŞİD-ə aid çox sayda materiallar ələ keçirilib.

Bu dövrdə xəbər yoxdur.

Türkiyədə 11 İŞİD-çi saxlanıldı, 1-i azərbaycanlıdır - Milliyol.az