Türkiyə Rusiya və ABŞ arasında vasitəçi oldu – Moskvadan açıqlama


Rusiya parlamentinin Müdafiə Komitəsinin başçısı, təqaüddə olan general Vladimir Şamanov Suriyanın Duma rayonunda kimyəvi qazdan istifadə iddiaları ilə bağlı yaranmış, Moskva ilə Vaşinqtonu üzbəüz qoyan böhranda Türkiyənin vasitəçi olduğunu bəyan edib

Artıq Baş Qərargahlar arasında dialoq başlayıb.  Hurriyyet.org Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki,  Rusiya ilə ABŞ Baş Qərargah idarələri arasında yeni təmasın başladıldığını bildirən Şamanov deyib: “Baş qərargahlar arasında dialoq başlanıb. Dialoq şəraiti Türkiyədəki həmkarlarımız tərəfindən yaradılıb. Bundan başqa, NATO əlaqə kanallarından da istifadə edilir”.


MilliYol.Az
Türkiyə Rusiya və ABŞ arasında vasitəçi oldu – Moskvadan açıqlama - Milliyol.az