Əfqan Sadıqov həbs edildi

Türkiyə qan ağlayır: 14 şəhid, 18 yaralı var

Suriyada "Fırat qalxanı" adı verilmiş əməliyyatları davam etdirən Türkiyə yenə şəhid verib. MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriyanın şimalındakı Əl-Bab bölgəsində terrorçulara qarşı aparılan əməliyyatlar zamanı 14 hərbçi şəhid olub. Onlardan 4-ü bu günkü əməliyyatlar zamanı şədid düşüb. Yaralı hərbçilərin sayı isə 33-ə yüksəlib. 

Əl-Babdakı silahlı qarşıdurmalar zamanı türk əsgəri 138 terrorçunu məhv edib. Türkiyə ordusu Əl-Bab-Hələb yolunda nəzarəti tam olaraq ələ keçirib, terrorçuların çox sayda zirehli maşını sıradan çıxarılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Türkiyə qan ağlayır: 14 şəhid, 18 yaralı var - Milliyol.az