Türkiyə PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi


Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib

Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.

Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-ya qarşı aktiv döyüşlərdə iştirak edib.

Qeyd olunur ki, bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.(trend)
Türkiyə PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi - Milliyol.az