Əfqan Sadıqov həbs edildi

Türkiyə müxalifətinin prezidentliyinə namizədi açıqlandı


Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə prezidentliyinə partiyanın üzvü Muharrem İncenin namizədliyini irəli sürüb

Sabah CHP lideri Kamal Kılıçdaroğlu M.İncenin prezidentliyə namizədliyini rəsmən elan edəcək.

Qeyd edək ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq. (trend)
Türkiyə müxalifətinin prezidentliyinə namizədi açıqlandı - Milliyol.az