Əfqan Sadıqov həbs edildi

Türkiyə İraq sərhədinə tanklar yeritdi


Türkiyənin müxtəlif hərbi hissələrdən olan tank bölmələri İraqla sərhəddə yerləşən Şırnak vilayətinə yeridilib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Bu tankların birbaşa İraqla sərhəddə yerləşdiriləcəyi vurğulanır. Tanklar təhlükəsizlik məqsədi ilə Şırnaka gecə vaxtı gətirilib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə bu tankların yerləşdiyi ərazidə İraq ordusu ilə birgə hərbi təlim keçirmişdi.

MilliYol.Az
Türkiyə İraq sərhədinə tanklar yeritdi - Milliyol.az