Əfqan Sadıqov həbs edildi

“Türkiyə 100 ədəd F-35 qırıcılarına sahib olacaq” –Mövlud Çavuşoğlu



Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

Çavuşoğlu bildirib ki, ABŞ Konqresinin etirazına baxmayaraq, cümə axşamı günü ilk qırıcılar Türkiyəyə gələcək: “Ümumilikdə 100 qırıcının ölkəyə gətirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, iyunun 18-də ABŞ Senatı 2019-cu il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib/Trend.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Türkiyə 100 ədəd F-35 qırıcılarına sahib olacaq” –Mövlud Çavuşoğlu - Milliyol.az