Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri istefa verdi


ABŞ-da prezident Donald Trampın daxili təhlükəsizlik və terrora qarşı mübarizə məsələləri üzrə müşaviri Tomas Bossert istefa verib

Bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

“Prezident, Tomun böyük vətənimizin təhlükəsizliyi üçün göstərdiyi xidmətlərə görə minnətdardır”, - deyə bəyanatda qeyd olunur.

Ağ Ev hələ ki, istefanın səbəbinə aydınlıq gətirməyib. Habelə “Bloomberg” agentliyinin məlumatına görə , Bossert aprelin 9-da vəzifəyə gələn  yeni milli təhlükəsizlik üzrə müşavir Con  Boltonun təkidi ilə  istefa ərizəsini təqdim edib. 

Virtualaz.org xatırladır ki, 2017-ci il yanvarın 20-də prezident postuna gələn D. Tramp bundan əvvəl XİN rəhbəri, ədliyyə naziri və başqaları olmaqla daha bir neçə komanda üzvünü də itirib.
Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri istefa verdi - Milliyol.az