Əfqan Sadıqov həbs edildi

Trampın Fələstin tələbini İsrail yerinə yetirdi

İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın səfəri öncəsi etdiyi tələbə əsasən, fələstinlilərə bəzi iqtisadi güzəştlər edib

Axar.az xəbər verir ki, İsrailin hərbi-siyasi kabineti Fələstin muxtariyyəti ərazisində gündəlik yaşayışı yüngülləşdirən iqtisadi tədbirləri təsdiq edib. "Bu tədbirlərin görülməsini Tramp İsraildən tələb etmişdi”, - “Röyter” agentliyi yazıb.

Tədbirlərə əsasən, İordan çayının Qərb sahilinin şimal və cənubunda inşaat işlərinin aparılmasına icazə verilib. Bundan başqa İsrail hökuməti Alenbi körpüsündə Fələstin muxtariyyəti ilə İordaniya arasındakı sərhəd-keçid məntəqəsində 24 saatlıq iş rejimini təmin etməyə söz verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün İsrailə səfər edəcək.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Trampın Fələstin tələbini İsrail yerinə yetirdi - Milliyol.az