Trampdan Yaponiyaya məsləhət: ABŞ silahları alın, Koreya raketlərini vurun


Yaponiya ABŞ istehsallı yeni silahlar alarsa, Koreya Xalq Demokratik Respublikasına məxsus raketləri vura bilər

Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Tokioda Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.

D.Tramp qeyd edib: "Əgər Yaponiya ABŞ-dan əlavə olaraq bir çox hərbi avadanlıqlar alsa, Şimali Koreya raketlərini havada rahat şəkildə vura bilər".

S.Abe isə Yaponiyanın öz müdafiə qabiliyyətini yüksəltmək üçün ABŞ-dan yeni silahlar almaq niyyətində olduğunu təsdiq edib.

MilliYol.Az
Trampdan Yaponiyaya məsləhət: ABŞ silahları alın, Koreya raketlərini vurun - Milliyol.az