Əfqan Sadıqov həbs edildi

Trampdan Ərdoğana: “MKİ sədrini göndərirərəm, detallı şəkildə danışın”


Donald Trampın Türkiyə prezidenti Ərdoğanla telefon görüşündə söhbət YPG və İŞİD-lə mübarizənin üzərinə gələndə ABŞ prezidenti “MKİ sədri Mayk Pompeonu göndərirəm, onunla ətraflı müzakirə edin”, - deyib

Avropa.info xəbər verir ki, bu barədə “Hürriyyət “ qəzetinin jurnalisti Abdulkadir Selvi yazıb.

“Prezident Ərdoğan Cərablus və Əl-Babda İŞİD-ə qarşı aparılan uğurlu mübarizəni qeyd edib və Əl-Bab və Rəqqada birlikdə mübarizə aparmağı təklif edib. Mövzu İŞİD və PYD/YPG üzərinə gələndə Tramp “MKİ sədrini göndərirəm onunla detalla şəkildə müzakirə et”, deyib. Mayk Pompeo gələrkən bu sahədə Trampdan ətraflı məlumat alacaq”.

Qeyd edək ki, Pompeo Ankaraya bu gün gəlməlidir. O, prezident Ərdoğan, MİT sədri Hakan Fidanla görüşəcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Trampdan Ərdoğana: “MKİ sədrini göndərirərəm, detallı şəkildə danışın” - Milliyol.az