Tramp Tillerson haqda: “Razılığa gələ bilmədik”


“Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik"

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib.

O bu qərarı təkbaşına verdiyi bildirib: “Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.
Tramp Tillerson haqda: “Razılığa gələ bilmədik” - Milliyol.az