Əfqan Sadıqov həbs edildi

Tramp Rusiya ilə bağlı vədinə əməl etməlidir – Çexiya


Təəssüf edirəm ki, ABŞ prezidenti Donald Tramp özünün seçkiqabağı vədi olan Rusiya ilə münasibətlərin düzəldilməsinə əməl etmir

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiya prezidenti Miloş Zeman söyləyib. Onun sözlərinə görə, Tramp öz vədlərinə əməl etməlidir.

Qeyd edək ki, Tramp seçkiqabağı təşviqat kampaniyası zamanı Rusiya ilə münasibətləri düzəldəcəyini bildirmişdi. Amma hakimiyyətə gəldikdən sonra Moskvaya qarşı ABŞ-ın ən ağır sanksiyaları məhz Trampın dövründə tətbiq edildi.

 MilliYol.Az
Tramp Rusiya ilə bağlı vədinə əməl etməlidir – Çexiya - Milliyol.az