Əfqan Sadıqov həbs edildi

Tramp qaçqın probleminin həlli yolunu açıqladı


Qaçqınların evlərinə dönməsi və bərpa prosesinin başlanması üçün şəraitin yaradılması qaçqın probleminin yeganə və doğru həll yoludur
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
 
“Biz keçmişin səhvlərindən nəticə çıxarmalıyıq – biz dünyada tüğyan edən irimiqyaslı müharibələr və dağıntıların şahidi olmuşuq... Qaçqınların təhlükəsiz evlərinə dönməsi və uzunmüddətli bərpa prosesinin başlanması üçün şəraitin yaradılması humanitar fəlakətlərin yeganə uzunmüddətli həll yoludur”, - deyə Tramp qeyd edib.     
 
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki komandanı general Cozef Votel bundan əvvəl Suriyanın bəzi rayonlarında “təhlükəsiz zonalar”ın yaradıla biləcəyini qeyd edib.  

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tramp qaçqın probleminin həlli yolunu açıqladı - Milliyol.az