“Tramp Putindən qorxur”


ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən qorxur

Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Con Brennan söyləyib.

“Putin Trampla çox ağıllı şəkildə oynadı. Məncə, Tramp hansısa səbəb ucbatından ya Putindən qorxur, ya da Rusiya seçkiyə müdaxiləsi araşdırmalarının nə isə ortaya çıxaracağından ehtiyat edir”, - deyə o bildirib.

Qeyd edək ki, Tramp Putinlə Vyetnamda 2-3 dəqiqəlik görüşdən sonra jurnalistlərə açıqlama verərək, Rusiyanın seçkiyə müdaxiləsi haqqında şayiələrin iki ölkə arasında süni baryer olduğunu bildirib.

MilliYol.Az
“Tramp Putindən qorxur” - Milliyol.az