Əfqan Sadıqov həbs edildi

Tramp NATO ölkələri üçün kvota təyin edir: “ÜDM-nin 4 faizi...”


"NATO ölkələri ÜDM-in 2 yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidir"

Bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

“Daha çox çalışmalıyıq. Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 faizə çatdırmasını gözləyirik. Amma 2 faiz çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır”, - deyə D.Tramp  qeyd edib.

Yens Stoltenberq isə bu məsələdə liderlik etdiyinə görə ABŞ-a minnətdarlıq bildirib.

Qeyd edək ki, NATO büdcəsinin böyük hissəsini ABŞ təmin edir.

D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.

Bu dövrdə xəbər yoxdur.

Tramp NATO ölkələri üçün kvota təyin edir: “ÜDM-nin 4 faizi...” - Milliyol.az