Əfqan Sadıqov həbs edildi

Tramp miqrantları məhkəməsiz deportasiya etməyə çağırdı


“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində bildirib.  

“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, - deyə Tramp qeyd edib.  

Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.  

Bu dövrdə xəbər yoxdur.

Tramp miqrantları məhkəməsiz deportasiya etməyə çağırdı - Milliyol.az