Əfqan Sadıqov həbs edildi

Tramp Əsədi “heyvan” adlandırdı


ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib.

 Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.
 
“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib.  
 
ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.
 
“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tramp Əsədi “heyvan” adlandırdı - Milliyol.az