Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır”


Dekabrın 11-də Nyu-Yorkda törədilən terror aktı bir daha nümayiş etdirdi ki, ABŞ Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir, o cümlədən miqrasiya sahəsində...

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
 
“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı  vasitəsi ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, bəyanatda deyilir.
 
Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı  Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.
Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır” - Milliyol.az